47 yaşlı iranlı rejissor Babək Horramdin valideynləri tərəfindən amansızcasına öldürülüb.
Unikal.org xəbər verir ki, hadisə paytaxt Tehranda qeydə alınıb. Belə ki, rejissor ata və anası ilə mübahisə edib. Aralarında yaranan gərginlikdən sonra Babəkin atası önu küt alətlə qətlə yetirib. Bundan sonra cani ata və ana övladlarının cəsədini 3 hissəyə bölərək, zibil qutusuna atıb.
Belə ki, təmizlik işçilərinin şikayəti əsasında cəsəd polis və aidiyyatı qurum əməkdaşları tərəfindən nəzarətə götürülüb. Cəsədin tanınmış rejissora aid olduğu bildirilib. Onun qətlində şübhəli bilinən valideynləri polis bölmısinə aparılıb. Onlar cinayəti etiraf edib.