Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, "19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı" münasibətilə gənclərlə görüşüb.
Unikal.org xəbər verir ki, Ərdoğan çıxışı zamanı maraqlı açıqlamalar verib. Seysmik tədqiqat gəmilərinin Türkiyəyə gətirilməsində böyük uğurlar qazandıqlarını söyləyən Ərdoğan, "Bu gəmiləri ölkəmizə gətirməkdə yaxşı iş gördük. Bizim üçün Türkiyə 780 min kvadrat kilometr ərazidən ibarət deyil. Ona görə də, Fələstində, Kiprdə, Aralıq dənizinin şərqində və İraqda varıq”, - deyə bildirib.
Sonda isə o, qeyd edib ki, Ankaranın 5 araşdırma gəmisi var və Aralıq dənizində işlər davam edir. Ərdoğanın sözlərinə görə, yaxın günlərdə Aralıq dənizinin şərqindəki araşdırmalarla bağlı sevindirici xəbərlər gələ bilər: “İndi İnşallah gözəl müjdələr alırıq. Bu müjdələrlə bərabər yaxında neft və təbii qazla bağlı xəbərlər eşitsəniz təəccüblənməyin”.