Rusiyanın XİN rəhbəri  Sergey Lavrov rəsmi Moskvanın Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Co Baydenin görüşünə razılıq verib-verməməsi barədə sualı zarafatla cavablandırıb.

Unikal.org xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

"Biz gömrükçü deyilik ki, razılıq verək", - deyə Lavrov zarafatla bildirib.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Entoni Blinken yaxın həftələrdə Putin və Baydenin görüşəcəyini düşünür.