Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 191 yoluxma halı qeydə alınıb.

Unikal.org “news.am”a istinadən xəbər verir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 221 559nəfərəçatıb.

Son sutka ərzində 7 nəfər koronavirusdan ölüb və bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4364 nəfərə çatıb.