İsrailin Baş naziri Benyamin Netanyahu, paytaxt Təl-Əvivdəki xarici səfirliklər və missiya nümayəndələri ilə görüşdə Qəzzaya edilən hücumlarla bağlı açıqlamalar verib.
Unikal.org xəbər verir ki, Netanyahu, "Hücumlar Həmasın gücünü azaltmaq üçündür. Mübarizə edə biləcəyimiz yalnız iki üsul var: ya tamamilə işğal edəcəyik, ya da geri çəkiləcik. Hal-hazırda biz ən sərt çəkindirmə siyasətini izləyirik",- deyə ifadə işlədib.
Bildirək ki, İsrailin Qəzza zolağına 10 Maydan bəri etdiyi hücumlarında 215-dən çox fələstinli ölüb.