Avstraliyalı 18 yaşlı tibb bacısı koronavirus əleyhinə "AstraZeneca" peyvəndi vurdurub.
Unikal.org xəbər verir ki, bundan sonra Ellie Peacock adlı tibb işçisinin halı pisləşib. Belə ki, vaksin gənc qıza əks təsir göstərib. Şiddətli ağrı ilə xəstəxanaya müraciət edən Ellieye qan laxtalanması diaqnozu qoyulub.
O, xəstəxanaya yerləşdirilib, həkimlər vaksindən sonra bu kimi halın ilk dəfə olduğunu vurğulayıblar. Gəncin müalicəsi davam etdirilir.