Rövşən Lənkəranski güllələndi
10:09 06-02-2013
CƏMİYYƏT
Rövşən Lənkəranski güllələndi
"Ded Xasan"nın tərəfdarları onun qətlində azərbaycanlı avtoriteti günahkar elan ediblər...
Rusiyada qətlə yetirilən kriminal avtoritet, "Ded Xasan" ləqəbli Aslan Usoyanın tərəfdarları bu ölüm işi ilə bağlı özlərinin apardıqları təhqiqata yekun vurublar. Usoyan tərəfdarları sonda bu qətlin günahkarı kimi digər "qanuni oğru" Rövşən Lənkəranskinin (Canıyev) üzərində dayanıblar. Qəbul olunmuş vahid qərara görə, Rövşən Lənkəranski "Ded Xasan"ın qətlinin günahkarı elan olunub. Bununla əlaqadar Rövşən Canıyevə və onun tərəfdarlarına ölüm hökmü çıxarılırb.
R.Lənkəranskiyə yaxın şəxslərin güllələnməsi artıq başlanıb. Moskvada R.Lənkaranskinin sağ əli Rufo Gəncinski kimi tanınan Rüfət Nəsibov artıq öldürülüb.
Ötən ay "Ded Xasan"ın hüzr mərasimində onun tərəfdarlarının görüşləri zamanı mafiozlar ancaq iki suala cavab axtarıblar:"Günahkar kimdir?" və " Nə etmək lazımdır?"
Qanqsterlərin şəxsi araşdırmalarının nəticəsində bəlli olub ki, "Ded Xasan"ın qatili "qanuni oğru" Rovşən Lənkəranskidir.
Məlumatlara görə, hazırda Rövşən Lənkəranskinin kriminal aləmdə vəziyyəti çətinləşib. Qeyd edilir ki, onun qohumları Azərbaycanda hüquq-mühafizə orqanlarında müəyyən postlar tuturlar. Bildirilir ki, Azərbaycan hüquq-mühafizə orqanları Lənkəranskinin ölkəsində gizlənməsini istəmirlər. Məlumata görə, yanvar ayında yerli əməliyyatçılar Rövşən Lənkəranskinin saxlanılmasına hazırlaşıblar. Bu haqda məlumat alan R.Lənkəranskinin Birləşmiş Ərəb Əmirlikərinə getdiyi bildirilir.
Qeyd edilir ki, azərbaycanlı avtoritet son zamanlar vaxtının çoxunu elə Birləşmiş Ərəb Əmirlikərində keçirir. Amma o da vurğulabır ki, Lənkaranski ərəb ölkəsində uzun müddət gizlənə bilməyib. Məlumata görə, Rusiya Federasiyası Daxili İşlər Nazirliyindən Birləşmiş Ərəb Əmirliklərinə daxil olan məktubda Rovşən Lənkəranskinin kim olduğu haqda ətraflı bilgi verilib. Və hətta bununla yanaşı da, məktubda o da bildirilib ki, 2012-ci ilin dekabr ayında Rövşən Lənkəranski Birləşmiş Ərəb Əmirlikərində "qanuni oğrular"ın görüşünü təşkil edib.
Xəbərdə qeyd olunur ki, həmin məktubdan sonra Birləşmiş Ərəb Əmirlikərinnin hüquq-mühafizə orqanları R.Lənkaranskiyə ən qısa müddətdə bu ölkəni tərk etməyi əmr ediblər.
Qəzetimiz çapa hazırlanarkən məlumat yayıldı ki, Rövşən Lənkəranski güllələnib.
Xəbərə görə, Türkiyədə güllələndiyi deyilən Rövşən Canıyevlə yanaşı, onun digər rəqiblərindən olan Əhməd Yevloyevə də Rusiyada belə bir sui-qəsd təşkil olunub. Sui-qəsdin təfərrüatları barədə isə məlumat verilmir.
Bunu da qeyd edək ki, keçmiş sovet məkanında fəaliyyət göstərən iri kriminal qruplaşmalar arasında böyük müharibəyə hazırlıq çoxdan gedirdi. Məlumata görə, müharibə "Yaponçik"in öldürülməsindən sonra kriminal aləmin ən nüfuzlu şəxsi hesab edilən, "Ded Xasan" ləqəbli Aslan Usoyanın klanı ilə azərbaycanlı məşhur avtoritet Rövşən Canıyev ("Rövşən Lənkəranski") və gürcü Cemo Mikeladzenin başçılıq etdiyi birləşmiş müxalifət klanı arasında başlamışdı.
Hər iki tərəf intensiv şəkildə "sxodka"lar təşkil ediblər və opponentlərinin ünvanına ittihamlar irəli sürüblər. Bildirilir ki, "Ded Xasan"ın təşkil etdiyi toplantılarda "Rövşən Lənkəranski" əfsanəvi "vor zakon" Vyaçeslav İvankovun ("Yaponçik") qətlinin təşkilində və A.Usoyana sui-qəsddə təqsirləndirilib.
Rusiya hüquq-mühafizə orqanlarında mütəşəkkil qruplaşmalar üzrə istintaq aparan əməliyyatçıların sözlərinə görə, 2010-cu il sentyabrın 16-da snayper kriminal aləmin liderlərindən biri olan Aslan Usoyanı ağır yaralayanda o özündən sonra kriminal imperiyaya kimin başçılıq edəcəyi barədə ciddi fikirləşməyə başlayıb. Nəticədə "Ded Xasan" öz qohumlarına və yezidi-kürdlərə üstünlük verib. Qeyd edək ki, "Ded Xasan" özü də milliyətcə yezidi-kürddür. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən bildirilib ki, əgər Usoyanın başına bir iş gəlsə onun yerini yaxın qohumu "Miron" ləqəbli Dmitri Çanturiya tutacaq. "Miron" 1981-ci ildə Gürcüstanda anadan olub, 2004-cü ildən kriminal aləmdə tanınmağa başlayıb və həmin ildən "Ded Xasan" onu Yaroslavl vilayəti üzrə məsul şəxs-"smotryaşiy" təyin edib. 2004-cü ildə Moskva polisinin əməliyyatçıları "Miron"u "Ded Xasan"ın digər qohumu Yuri Usoyanla birlikdə saxlayıblar. Onların üzərindən narkotik aşkar olunub. Lakin hər iki avtoritet şərti cəza ilə canlarını qurtara biliblər. 2005-ci ildə isə Yaroslavlda "Miron"un barəsində saxta sənəd hazırlama maddəsi ilə cinayət işi qaldırılıb və o axtarışa verilib. Ancaq bu dəfə də "Miron" həbsə düşməyib.
2010-cu ilin payızında "Ded Xasan"a sui-qəsd olandan sonra o təcili qaydada öz qohumunu Yaroslavldan Moskva ətrafındakı Dedovsk qəsəbəsində yerləşən iqamətgahına çağırıb və tədricən ona "işlərə rəhbərlik etməyin qaydalarını" başa salmağa başlayıb. Əməliyyatçıların sözlərinə görə, hazırda "Miron" "Ded Xasan"ın sağ əli kimi klana tabe olan biznesmenlərlə təmaslar qurur, onlardan haqq yığır, digər "vor zakon" larla danışıqlar aparır və s. Maraqlıdır ki, "Miron" kriminal aləmdəki qarşıdurmaları açıq fazaya keçənə qədər büruzə verməyi xoşlamır. O, mübahisəli məsələləri danışıqlar yoluyla həll etməyə üstünlük verir. Buna görə də Usoyanın ən qatı düşmənləri belə ona loyal yanaşırlar. "Miron" başa düşür ki, yaxınlaşan kriminal müharibədə onun üzərinə ciddi rol düşəcək.
Hüquq-mühafizə orqanlarının məlumatlarına görə, "Ded Xasan" çoxdankı düşməni, gürcü avtoritet Tariel Oniani ilə "Şakro"nun biznes imperiyasına kimin nəzarət edəcəyi məsələsində çəkişmə aparanda kriminal aləmdə onun yeni düşmənləri-Cemo Mikeladze və Rövşən Caniyev peyda oldular.
Əməliyyatçılar qeyd edirlər ki, Caniyevin "Ded Xasan"la düşmənçilik üçün xeyli səbəbləri var. Rövşən çoxdandır azərbaycanlı kriminal qruplaşmaların lideri statusuna iddia edir, ancaq bu məqsədinə çata bilmir. Belə ki, nüfuzlu azərbaycanlı "vor zakonlar"dan əksəriyyəti-Baxış Əliyev (ləqəbi "Vaxa"), Nadir Səlifov ("Lotu Quli"), Yusif Əliyev ("Şəmkirli Yuska") "Ded Xasan"ın klanına daxildir. Bunun sayəsində həmin avtoritetlər R.Caniyevə müqavimət göstərə bilirlər. Bildirilir ki, 2009-cu ildən bu yana Canıyev və "Vaxa" arasında Moskvanın böyük gəlirlər gətirən göyərti topdansatış bazarına nəzarət uğrunda amansız müharibə aparırlar. Bu mübarizə ərzində indiyədək 20-yə yaxın adam öldürülüb və onların çoxu Canıyevin adamlarıdır.
"Rosbalt" qeyd edir ki, 2009-cu ildə Canıyevin daha bir problemi meydana çıxıb. Əməliyyatçıların bildirdiyinə görə, "Ded Xasan"ın yaxın dostu olan "Yaponçik" Moskvaətrafında quru beton qarışıqları istehsalı və tədarükünü nəzarətə götürməyə çalışıb. Tikinti bazarında topdansatış və pərakəndə satışa Rövşənin adamları nəzarət etdiyi üçün onunla "Yaponçik" arasında rəqabət başlayıb. 2009-cu ilin yayında "Yaponçik"in də iştirakı ilə "sxodka" keçirilib və orada Rövşən Canıyevə yaxın bir neçə azərbaycanlı avtoritet, habelə bir çeçen avtoritet iştirak ediblər. Toplantıda tərəflər arasında mübahisə xeyli sərt keçib, iyunun 28-də isə İvankova sui-qəsd olub. O, sonradan xəstəxanada ölüb.
Hazırda isə Rövşən Lənkəranski "Ded Xasan"ın ölümündən sonra hədəfə alınıb.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34
2024-12-28 15:59:00
2024-12-28 15:56:23
2024-12-28 15:49:24
2024-12-28 15:31:12
2024-12-28 15:28:26
2024-12-28 15:10:46
2024-12-28 15:03:03
2024-12-28 14:54:15
2024-12-28 14:48:10
2024-12-28 14:35:35
2024-12-28 14:00:04
2024-12-28 13:35:03