Koronvirusun episentri olan Hindistandan gələn dəhşətli görüntülər insanları vahiməyə salıb.
Unikal.org xəbər verir ki, Hindistan adət-ənənələrinə görə ölən insanların cəsədləri Qanq çayına atılır. Belə ki, Covid-19-dan ölən insanların sayı çoxaldıqca çayda qəribə görüntülər ortaya çıxıb. Çayda suyun həcmi azaldıqca isə üzə çıxan cəsədləri sahibsiz küçə itləri yeməyə başlayıb. bununla yanaşı itlər cəsədləri parçalayaq, şəhər mərkəzlərinə də gətirir.
Hər kəsi narahat edən görüntülərdən sonra ölən şəxslərin yandırılmasının daha uyğun olduğunu ortaya qoyub.
Qeyd edək ki, ölkədə koronavirusdan gündəlik ölüm sayı 4 mini ötür.