Ermənistan parlamentindəki müxalifət Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın Azərbaycanla yeni sənəd imzalamağa hazır olmasıyla bağlı bəyanatından dərhal sonra parlamentin növbədənkənar iclasını çağırıb.

Unikal.org  xəbər verir ki, bu məlumatı İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan yayıb. O, Paşinyanı gizli razılaşma hazırlamaqda ittiham edib.