Türkiyədə son sutka ərzində 207 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Unikal.org  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 9385 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 160 min 423, pandemiya qurbanlarının sayı isə 45 min 626 nəfərə çatıb.

Türkiyədə indiyədək 4 milyon 989 min 787 pasiyent (son sutkada 9271 nəfər) sağalaraq evə buraxılıb.