Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Xarici İşlər Nazirliyinə güvənmir.

Unikal.org xəbər verir ki, bu barədə "Fakt" qəzeti yazıb.

Mövzu barədə analitik məqalə dərc edən qəzet Moskva bəyanatından sonra götürülən əsas öhdəliklərdən sayılan sərhəd məsələlərinin həlli prosesinə də toxunub:

“Ermənistanda baş verən proseslər ölkədə aşkar şəkildə siyasi böhranın yaşandığını və dövlət idarəetmə sisteminin sadəcə qəza vəziyyətində olduğunu bir daha təsdiqləyir. Bu gün dövlət strukturlarının əksəriyyəti praktiki olaraq fəaliyyətsizdir və əslində hökumət qurumları özbaşına buraxıb. Artıq çoxdandır ki, Nikol Paşinyanın bəzi dövlət orqanlarına güvənməməsi, hər şeyi yalnız öz təşəbbüsü ilə etməsi barədə danışılır".

Nəşr iddia edir ki, Nikol Paşinyan artıq Xarici İşlər Nazirliyinə etibar etmir, O, son zamanlar xarici cəbhədə təkbaşına "oynamağa" başlayıb.