Xəbr verdiyimiz kimi, İsrailin Nazirlər Kabineti Qəzza sektoruna zərbələrin dayandırılması barədə qərar qəbul edib.
Unikal.org xəbər verir ki, bundan sonra fələstinlilər Qəzza sektorunun əhalisi saat 2:00-dan etibarən küçələrə çıxaraq, HƏMAS-ın İsrail üzərində qələbəsini qeyd etməyə başlayıb.
Qəzzada tədbirlərin İsrail ordusu tərəfindən dağıdılmış binalar fonunda keçirildiyi bildirilib. Qeyd edək ki, İsraillə Fələstin arasında toqquşma 11 gün davam edib. Nəticədə hər iki tərəfdən ümumilikdə 230 nəfər həlak olub.