Ermənistanda son sutkada koronavirusa 140 yoluxma qeydə alınıb.

Unikal.org xəbər verir ki, məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 221 699-a çatıb. Məlumata görə, ölkədə son sutkada daha 7 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 371-ə yüksəlib.

Koronavirusa yoluxan 210 464 nəfər isə sağalıb. Hazırda 5 792 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.