“Sərhəd həssas məsələdir. Hətta dost ölkələr belə sərhədlərin delimitasiyasını uzun müzakirələrdən sonra həll edir”.
Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.
Deputat bildirib ki, 30 il işğal faktoruna göz yumanlar Ermənistan sərhədlərinin “bütövlüyündən” narahat olmağa başlayıb: “Bu mövqe qəbuledilməzdir. Xarici mövqeləri hardasa başa düşdük. Azərbaycanın güclənməsindən narahat ola bilər. Bəs daxildə olan antimilli qüvvələr nə istəyir?! Siz hakimiyyətiniz dövründə Bakıdan Gəncəyə gedə bilmirdiniz. Bəs indi nədən narazısınız?! İddia edirlər ki, Zəngəzur dəhlizi onsuz da açıq idi və s”.