Mərkəzi Amerika ölkəsi El Salvadorda, keçmiş polisin evinin bağında 14 cəsəd tapılıb.
Unikal.org xəbər verir ki, 2005-ci ildə işindən qovulan 51 yaşlı Huga Çavez adlı polisin 10 ildən çox müddətdə təxminən 20 qətl törətməkdə şübhəli olduğunu açıqlanıb. Bundan sonra polis qrupları məmurun evində axtarış aparıb. Əməliyyat zamanı bağda basdırılmış 14 cəsəd aşkarlanıb.
Cəsədlər DNT testi üçün məhkəmə tibbinə göndərilib, ölülərin gizlədilməsində Çavezə kömək etməkdə şübhəli bilinən 10 nəfər də saxlanılıb.
İstintaq işləri davam etdirilir.