Qarabağda mədəni-tarixi irsin qorunması mövzusu rəsmi Bakı və İrəvanla təmaslarda mütəmadi olaraq müzakirə edilir.

Unikal.org xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Rusiya regiona UNESCO missiyasının tezliklə göndərilməsinin tərəfdarıdır. ATƏT-in Minsk qrupu həmsədrlərinin bu il aprelin 13-də qəbul etdikləri bəyanatda dini-mədəni irsin mühafizəsi və qorunmasının Azərbaycan və Ermənistandan əlavə səylər tələb edən məsələlər sırasında olduğu vurğulanıb”, - XİN rəsmisi qeyd edib.