Türkiyənin Batman şəhərində iki hərbi obyektə dronla hücum olunub.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib.
“Pilotsuz təyyarələrin və Şırnakdakı 23-cü Piyada Diviziyasının komandanlığının yerləşdiyi Batmandakı bazamıza dron vasitəsilə hücum olunub”,- deyə Soylu qeyd edib.
Dronlar zərərsizləşdirilib, itkinin olmadığı bildirilir.