İsrail Fələstinə qarşı gerçəkləşdirdiyi “Divar gözətçisi” əməliyyatı zamanı məhv etdiyi obyektlərin siyahısını təqdim edib.

Unikal.org  xəbər verir ki, İsrail ordusu 11 günlük əməliyyat zamanı HƏMAS-ın tunellərinin 100 kilometrlik hissəsini, terrorizmə sponsorluq edən 5 bankın, 9 yüksək mərtəbəli binanın dağıdıldığını açıqlayıb.

Həmçinin 25 yüksək vəzifəli HƏMAS nümayəndəsinin, eləcə də 200 HƏMAS döyüşçüsünün məhv edildiyi bildirilib. Qəzzadan atılan raketlərin 90%-nin Dəmir Qübbə tərəfindən havadaca zərərsizləşdirildiyi də qeyd edilib.

Qeyd edək ki, İsrail bu gecə saat 02:00-dan birtərəfli atəşkəs elan edib.