Rusiyada təmizləyici qurğularda iş görən 7 fəhlə zəhərlənərək ölüb.
Unikal.org-un xəbərinə görə, bu barədə TASS mənbəyə istinadən xəbər yayıb.
Hadisə Rostov vilayətinin Neklinovski rayonunda qeydə alınıb.
Ümumilikdə 9 nəfər zəhərlənib, onlardan 7-si ölüb.