Ermənistan prezidenti Armen Sarkisyan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüşüb.

Unikal.org  xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Sarkisyanın təşəbbüsü ilə baş tutan görüşdə Azərbaycanla sərhəddəki vəziyyət müzakirə edilib. Sarkisyan və Paşinyan delimitasiya və demarkasiya işlərinə başlamağın ilkin şərtləri barədə fikir mübadiləsi aparıblar.