100 kilo çəkisində olan qadın ərinin üstündə oturaraq, onun həyatına son qoyub.
Unikal.org xəbər verir ki, hadisə Rusiyada qeydə alınıb. Belə ki, ər-arvad arasında yaranan mübahisədə qadın ərini susdurmaq üçün kişinin üstünə oturub. Və ərindən üzr istəməsini tələb edib. Kişi ona üstündən düşməyi desə də, qadın buna əməl etməyib. Kişinin səsini eşitməyincə qadın onun öldüyünü fərq edib. 100 kilo çəkisində olan qadının səsinə qonşular yetişib. Kişi xəstəxanaya çatdırılıb. Lakin həkimlər onun çoxdan boğularaq öldüyünü bildiriblər.
Hadisə yerinə polis cəlb olunub. Qadın ilkin dindirilmə zamanı, onu bilməyərəkdən öldürdüyünü etiraf edib.
Faktla bağlı araşdırma aparılır.