Dövlət İmtahan Mərkəzi (DİM ) aprelin 29-30-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi sonuncu buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

Unikal.org xəbər verir ki, bununla bağlı imtahanda iştirak edən şagirdlərə SMS göndərilib.

İmtahan iştirakçıları arasında 1 nəfər – Şəmkir rayonu, Düyərli kənd 2 saylı orta məktəbinin məzunu maksimal olan 300 bal toplayıb.

Qeyd olunub ki, həmin şagird 2 il əvvəl 9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da 256.2 bal toplamaqla yüksək nəticə göstərib.