Gürcüstanın paytaxtı Tbilisinin televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Unikal.org “Report”a istinadən xəbər verir ki, şəhərin əsas simvollarından biri 28 May - Azərbaycanın Respublika Günü münasibətilə göy, qırmızı və yaşıl rənglərdə işıq saçır.