Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 16.06.2020-ci il tarixli qətnaməsi ilə borclu “Lider TV və Radio-Azərbaycan” MMC müflis elən edilib və Abbasov Mikayıl Hümmət oğlu əmlak inzibatçısı təyin edilib.

Unikal.org xəbər verir ki, elana əsasən bütün suallar əmlak inzibatçısına ünvanlana bilər.

Qeyd edək ki, M. Abbasov Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktorudur.