“iPhone 11” modelinin əsas versiyası “Apple” şirkətinin dünyada ən populyar smartfonu olub.
Unikal.org xəbər verir ki, bu barədə müvafiq məlumatlar “Counterpoint Research” tədqiqat şirkətinin saytında dərc edilib.
2021-ci ilin birinci rübünə olan vəziyyətə görə, “iPhone 11” modeli “Apple” şirkətinin ən populyar smartfonu seçilib. İkinci və üçüncü pillələrdə müvafiq olaraq “iPhone XR” və “iPhone 8” qərarlaşıb. İlk beşliyi ötən payızda təqdim edilən “iPhone 7” tamamlayıb.
Şirkət, həmçinin “Apple” smartfonlarının məhsul seriyasına olan tələbatı müəyyənləşdirib. İlin birinci rübünə olan məlumata görə, 25 faizlik paya sahib çıxan “iPhone 11” seriyası liderdir. İkinci mövqedə 16 faiz payla “iPhone 12” seriyası yer alıb.