Bolqarıstan orqan nəqli qalmaqalı ilə gündəmdədir.
Unikal.org xəbər verir ki, dövlət xəstəxanasında yoxsul donorlardan zəngin insanlara qanunsuz orqan nəqli edildiyi ortaya çıxıb. Bolqarıstan Səhiyyə Nazirliyi, paytaxt Sofiyada dövlət xəstəxanasında saxta şəxsiyyət vəsiqəsi altında 14 qanunsuz böyrək köçürmə əməliyyatı edildiyini açıqlanıb.
Donorların Moldova və Ukraynadan olan gənclər olduğu bildirilib.
Alıcıların İsrail, Yaponiya və Omandan donorların qohumları olduğu göstərilən varlı insanlar olduğu da iddia edilib.