İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 179 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 81 362 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 8846 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 2 980 116 nəfərə çatıb.