Suriyanın Haseke əyalətində zirehli avtomobilin partladılması nəticəsində Rusiya hərbçisi həlak olub.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, partlayış zamanı daha 3 hərbçi yaralanıb. Yaralılar tibb müəssisəsinə yerləşdirilib. Onların həyatı üçün təhlükə yoxdur.

Hadisənin təfərrüatları hələlik açıqlanmayıb.