Əfqanıstanın şimalındakı Bəlx vilayətinə bomba hücumu həyata keçirilib.
Unikal.org xəbər verir ki, Dövlət Abad mahalının mərkəzində yerləşən polis bölməsinə edilən hücumda 4 nəfər həyatını itirib.
Əyalət başçısı Celalettin Karizadenin ilkin açıqlamasına görə, hücumda 3 mülki şəxsin və bir təhlükəsizlik işçisinin öldüyünü qeyd edib. O, həmçinin də bomba partlayışı nəticəsində bölgədəki evlər və ictimai binalar dağılıb.
Partlayışın kim və ya kimlər tərəfindən törədildiyi məlum deyil.