"Bütün səylərimizə baxmayaraq, Türkiyənin Avropa İttifaqının tamhüquqlu üzvü kimi qəbul edilməməsinin məntiqini anlamaqda çətinlik çəkirik. Bu nöqteyi-nəzərdən Türkiyənin üzv olmadığı qurum güc mərkəzi hesab edilə bilməz".
Unikal.org xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən Cənubi Şərqi Avropa Əməkdaşlığı Prosesi Zirvəsində bildirib.