Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının sədri Məlahət Həsənova (İbrahimqızı) vəzifəsindən gedib.

Unikal.org xəbər verir ki, bu barədə M. İbrahimqızı Feysbuk səhifəsində paylaşım edib.  O, qeyd edib ki, YAP Nəsimi rayon təşkilatının XI hesabat konfransı keçirilib. Hesabat konfransında sədr dəyişikliyi olub.  
M. İbrahimqızı uzun illər rəhbərlik etdiyi təşkilatın üzvləri ilə də vidalaşıb: “Bəlkə də bəzən Sizə qarşı haqsızlıq və ya biganə olmuşam. Buna görə də Sizin hər birinizdən üzür istəyirəm. Haqqınızı halal edin".