Türkiyəli məşhur sosial media fenomeni Kərəmcan Durmaz "YouTube" da yayımlanan "Gör məni" adlı proqramın qonağı olub.
Unikal.org xəbər verir ki, ötən ay "Peşimde" mahnısı ilə gündəm olan Kərəmcan səmimi açıqlamalar edib. Belə ki, o, "Instagram"da yayımladığı videolarla məşhurlaşdığını da dilə gətirib:
"İlk əvvəllər insanların qınağı məni narahat edirdi. Qınaqlara görə 23 yaşımda intihar etmək istədim. İndi düşünürəm ki, yaxşı ki, etməmişəm. Həyat gözəldir və hər kəsin bu həyatda öz istədikləri kimi yaşamaq haqqı var. Homeseksual olduğumdan utanmadım".