Müğənni Yonca Evcimik uzun fasilədən sonra yenidən obyektiv qarşısına keçib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 57 yaşlı sənətçi illərdir yaşadıqlarından, sənətindən bəhs edib.
"1990-cı illərin dadı damağımızdan getmir. 2021-ci ildəyik, amma o vaxtın mahnılarının çörəyini yeyirik. Aldığım qərarlarda kimsənin təsirinə önəm vermirəm. Yeri gələndə son nöqtəni də qoya bilirəm. Plansız yaşayıram. Anı yaşayıram, başqa heç nə düşünmürəm. İndiki dövrdə planla iş, həyat olar?" deyə, Yonca bildirib.
Var-dövlətlə bağlı suallara ifaçı "Kasıb, amma gözəl olmaq şansdır. Gözəlliyi bir formada pula çevirə bilirsən" cavabını verib. O bildirib ki, gözəlliyi var-dövlətdən üstün tutur.