Türkiyəli məşhur aktrisa Ayşegül Çınar gecə Beyoğlunda otel restoranların birində  sevgilisi  ilə  mübahisə  edib.  

Unikal.org xəbər verir ki, mübahisə davaya çevrilib. Belə ki, sevgilisi Furkan Çalıkoğlu aktrisanı bıçaqla hədələyib. Bu zaman davaya müdaxilə edən 5 otel işçisi və 7 polis əməkdaşı Furkanın bıçaqlı hücumuna məruz qalıb. 

Hadisə  yerinə  çox sayda polis  cəlb olunub. Furkan Çelikoğlu və  Ayşegül  polis  bölməsinə  aparılıb. Yaralılar isə qısa  zamanda xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, tanınmış aktrisa  3 ay bundan əvvəl narkotik istifadə etdiyi üçün polis tərəfindən nəzarətə  götürülmüşdü.