Müğənni Eldar Qasımov “Üzə-düz” verilişinə qonaq olub.
Unikal.org xəbər verir ki, ifaçı veriliş boyunca həyatı barəsində maraqlı açıqlamalar verib. Belə ki, Eldar ailə qurmama səbəbini belə izah edib:
"Dostlarım deyir ki, nə vaxt atırsan bu subaylığın daşını? İndi xoşbəxtəmsə, niyə risk etməliyəm? Nəinki ailə həyatı, ümumiyyətlə, münasibətlər riskli bir şeydir. Son zamanlar kimləsə münasibətdə olmaq istəyəndə yenə də tərəddüd edirəm. Baxıram, götür-qoy edirəm. Elə peşə sahibiyəm ki, mənimlə olan insan anlamalıdır ki, ömrünün 80 faizini mənə bəxş etsin! İndi də sevgilim var, bilmirəm, nə dərəcədə ciddidir. 1 ildən çoxdur ki, var”.
O, “Avroviziya” dönəmində Nigar Camalla barələrində yayılan söz-söhbətdən də danışıb:
“Müsabiqədən sonra başıma bir hadisə gəldi. Taksidə oturmuşdum, sürücü soruşdu ki, Nigarla nə zaman evlənirsiz? Təəccübləndim. Dedim, Nigarın uşaqları var. İkimiz seçiləndə bir-birimizə baxdıq ki, biz səhnədə birgə nə edəcəyik? Sonra isə alışmağa başladıq. Bizim bütün komanda deyirdi ki, siz özünüzü elə aparmalısız ki, “love story”yə uyğun obrazda görünə biləsiz!”