Əməkdar artist Aygün Bəylər "Söhbət musiqidən gedir" verilişinin qonağı olub.
Unikal.org xəbər verir ki, xanəndə veriliş boyunc səmimi açıqlamalar verib. Belə ki, Aygün Bəylər geyim tərzindən danışıb. O bildirib ki, qızı onu uzun saçda, hündürdabanda bəyənmir:
"Hündürdabanda gəzə bilmirəm, ayağım avtomobil qəzasında travma alıb. Alanda uzaq başı bir saatlıq geyinib sonra başqasına verəcəm. Bəzən saç düzümü edirəm, evə gəlib açanda qızım gülür. Deyir ki, sənə yaraşmır. Uşaq olanda deyirdi, bu nə papaqdı qoyursan. Başqalarının yanında anasını görəndə həvəsiyirdi. Ona görə saçımı açırdım ki, başqa sual verməsin. Qızım özü də ətək geyinmir".