Türkiyənin məşhur aktrisası Türkan Şoray 11 illik aradan sonra yenidən ekranlara qayıdır.
Unikal.org Türkiyə KİV-ə istindən xəbər verir ki, aktrisa uzun zamandan sonra proqramlardan birindən təklif alıb. Belə ki, o, aparıcılıq edəcək.
Türkan Şoray efirdə aktyorlar, müğənnilər və iş dünyasının tanınmış simaları ilə həmsöhbət olacaq. Proqramın yeni mövsümdə işıq üzü görəcəyi planlaşdırılır.