Xəbər verdiyimiz kimi, müğənni Alişanın qardaşı Selçuk Tektaş 41 yaşında koronavirusdan vəfat edib. Dünən keçirilən cənazə mərasiminə Alişanın ailə yaxınları və sənət dostları mərasimdə iştirak edib.
Unikal.org xəbər verir ki, müğənninin yaxın sənət dostu Demet Akal isə cənazədə iştirak edə bilməyib. O, səhhətinin yaxşı olmadığını və günəşə allergiyası olduğunu bildirərək, Alişana baş sağlığı verib.
Maraqlısı budur ki, həmin günün gecəsi Demet Akal restoranların birində konsert verib. Sosial mediada paylaşılan görüntülərdən bəlli olub ki, xanım sənətçinin səhhətində heç də elə bir ciddi problem yoxdur.
Demetin bu hərəkəti qınaq obyektinə səbəb olub.