Türkiyəli məşhur müğənni Hadisənin fotosu Nyu-Yorkda Tayms-skverdəki binalardan birində əks olunub.
Unikal.org xəbər verir ki, bu barədə Hadisə özü İnstaqram hesabında yazıb:
"Mənim adım Hadisədir. Xəyal etdiklərimi reallaşdırmaq, danışmaq istədiklərimi demək və yaşamaq istədiklərimi yaşamaq üçün qorxmuram! Sərbəst oxuyuram və rəqs edirəm.Bu gün özümü Nyu-Yorkdakı Tayms-skverdə görəndə bir daha əmin oldum ki, qadınların səsini daha çox eşidəcəksiniz".