Dünyada koronavirusa qarşı peyvənd kampaniyasının aparıldığı bir zamanda, virus mutasiyaya uğrayaraq, yayılmaqda davam edir.
Unikal.org xəbər verir ki, COVID-19 artıq bu virusdan sağalanların da kabusuna çevrilib. Belə ki, xəstəlikdən qutulanları yeni və daha dəhşətli bir təhlükə - “qara göbələk” kimi tanınan mukormikoza gözləyir.
Üzdə yaranan ləkələr, görmə qabiliyyətinin itirilməsi və ölümə səbəb ola bilən xəstəlikdən qurtulmaq üçün bir çoxlarının gözü belə çıxarılır.
Hazırda “qara göbələk” Hindistan, Əfqanıstan, Nepal, Misir və Omanda yayılıb. Onun hər ötən gün öz əhatə dairəsini genişləndirdiyi bildirilir. “Qara göbələk” virusundan ölüm əmsalının isə 50 faiz olduğu qeyd edilir.