Afrikanın cənubunda region üçün anomal sayılan rekord şaxtalar qeydə alınıb.

Unikal.org  xəbər verir ki, CAR-ın bir neçə şəhərində hazırda qar yağmağa davam edir, yollar buz bağlayıb.

Ölkənin rəsmi açıqlamasında bildirilir ki, 24 iyulda CAR-ın 19 rayonunda minimal temperatur olub. Kimberli şəhəri və ətraf ərazilərdə isə temperatur -9,9 dərəcəyə qədər düşüb. Sinoptiklər bildirib ki, bu regionda heç vaxt belə soyuq qeydə alınmayıb.

Ehtimala görə, soyuq hava CAR-da daha bir həftə davam edəcək.

Qeyd edək ki, iqlim dəyişməsi bir çox ölkədə daşqınlar, torpaq sürüşmələri və digər təbii fəlakətlər yaradır.