Türkiyənin Ankara şəhərində evdə yalnız yaşayan ər və arvadın cansız cəsədi aşkarlanıb.
Unikal.org xəbər verir ki, Quru Qoşunları Komandanlığının təqaüddə olan zabiti Mehmet Yıldırım, qaraciyər xərçəngi olan arvadı Hamiyet Yıldırımı qalstukla boğub. Daha sonra isə o, xidməti silahla öz başından vurub.
Sila səsindən sonra qonşular polisə xəbər veriblər. Polis cəsədləri tibbi ekspretizaya göndərib. Evdə isə keçmiş zabitin yazdığı məktubu aşkar ediblər. Belə ki, məktuba 70 yaşlı Mehmet, "Məni bağışla!" sözlərini yazıb.
Faktla bağlı cinayət işi açılıb.