Stavropol Cinayət Axtarışı İdarəsinin rəis müavini, əslən erməni olan Ruslan Abovyanın qətlində ikinci şübhəli ortaya çıxıb.

Unikal.org  xəbər verir ki, bu barədə RT məlumat yayıb.

İkinci şübhəli şəxs 1977-ci il təvəllüdlü Zaurbek Keniyevdir. Sözügedən şəxs axtarışa verilib.

Qeyd edək ki, ötən həftə Stavropolda çoxmərtəbəli binalardan birinin yaxınlığında naməlum şəxslər R.Abovyana atəş açıblar. R.Abovyan ümumilikdə 9 ədəd güllə yarası alıb. O, reanimasiyada ölüb.