Şimali Koreya ilə Cənubi Koreya arasında son bir ildə bağlanmış rabitə kanalları yenidən açılıb.
Unikal.org xəbər verir ki, bu barədə Cənubi Koreya Prezident Aparatı rəsmi açıqlama yayıb.
Açıqlamada iki ölkə arasındakı rəsmi kommunikasiya xətlərinin aktivləşdirildiyi və ikitərəfli münasibətlərin ən qısa müddətdə bərpa olunacağına ümid edildiyi bildirilib.
Şimali Koreyanın dövlət agentliyi də Cənubi Koreyanın rəsmi açıqlamasını təsdiqləyib.