Azərbaycanda hava şəraitinin dəyişməsi ilə əlaqədar Dövlət Neft Şirkətinin (SOCAR) dənizdə fəaliyyət göstərən neft və qazçıxarma idarələrinə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.

Bunu Unikal.org-a açıqlamasında şirkətin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, artıq səthlərdə aparılan işlər dayandırılır, növbətçilik təşkil olunur.

SOCAR rəsmisi onu da bildirib ki, işçilərin sahilə çıxarılmasına zərurət yaranmasa da, riskləri minimuma endirmək üçün 17 işçinin yeri özüllər arasında müvəqqəti dəyişdiriliv və onlar ən təhlükəsiz məkanlarda yerləşdirilib.