ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi bu ölkənin Müdafiə Nazirliyinin nümayəndələrinin müşayəti ilə Azərbaycanla sərhəddə Qeqarkunik bölgəsinə səfər edib.
Unikal.org xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Korpus komandiri general-mayor Arayik Arutyunyan səfirə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat verib. Bundan sonra amerikalı diplomat sərhədin Yuxarı Şorj yaxınlığındakı hissəsində olub.
Səfir Treysi ABŞ-ın Ermənistan-Azərbaycan sərhədindəki hadisələrdən narahatlığını bir daha ifadə edərək, Birləşmiş Ştatların demarkasiya vəziyyətində güc tətbiqini qəbul etmədiyini vurğulayıb.