“İŞİD” terror təşkilatının iki başçısı ələ keçirilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, terrorçular ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası tərəfindən Suriyanın şərqində saxlanılıb.
Bildirilir ki, əməliyyat zamanı 8 vertolyotdan istifadə olunub. Koalisiya nümayəndələri döyüşçülərin sığınacağının yerləşdiyi evi mühasirəyə aldıqdan sonra şəxsləri saxlaya biliblər.