Fransa prezidenti Emmanüel Makron Polineziyaya səfər edib.
Unikal.org xəbər verir ki, Polineziya səlahiyyətliləri Makronu hava limanında çiçəklə qarşılayıblar. Maraqlısı budur ki, qarşılanma zamanı Makronun boynuna taxılan çiçəklər, ona "yeriyən çələng" görünüşü verib.
Prezidentin bu görünüşü dünya mətbuatında gündəmə səbəb olub.