Tümendə 30-40 yaşlarında kişi birinci mərtəbədəki eyvandan qonşusunun mənzilinə çıxarıb. O qızların olduğu evə hücum edib.
Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, o, gecə saatlarında mənzildə yaranan səs-küyə etiraz etmək üçün bu üsula əl atıb.
Qızların üstünə qışqıran qonşu sonra onları döyüb. Qızlar polisə müraciət etsələr də, şöbədən heç kim gəlməyib. Bunu görən zərərçəkənlər özləri polis idarəsinə gediblər.
Hadisə ilə bağlı istintaq başladılıb.
Məlumatda həmçinin bildirilib ki, qızlardan biri öz ad gününü qeyd etmək üçün rəfiqələrini yaşadığı mənzilə dəvət edib.