Gürcüstanda son sutkada koronavirusa 3 141 yeni yoluxma halı təsdiqlənib, 1 509 nəfər müalicə olunaraq sağalıb, 20 pasiyent vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə indiyədək 410 830 nəfərə COVID-19 diaqnozu qoyulub. Onların 377 597-si sağalıb, 5 751-i ölüb.